AZ

"Mançester Yunayted"in futbolçusu uzun müddətə sıradan çıxıb

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Meyson Maunt uzun müddətə sıradan çıxıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruben Amorim danışıb.

Mütəxəssis İngiltərə Premyer Liqasının XVI turunda baş tutan "Mançester Siti" ilə matçın (2:1) 14-cü dəqiqəsində zədələnən futbolçunun bir neçə həftə oynamayacağını bildirib.

Qeyd edək ki, "Qırmızı şeytanlar" hazırda turnir cədvəlində 22 xalla 13-cü pillədə qərarlaşıb.

Seçilən
19
4
report.az

6Mənbələr