AZ

Nüsrət İbrahimov: "Qiymətləndiricilərin fəaliyyət göstərdiyi məkan bazardır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda yeni formalaşan Qiymətləndiricilər Palatasının əsas hədəfi qiymətləndirmə bazarının struktur bölmələrinin inkişaf etdirilməsidir".
Oxu.Az xəbər verir ki, bunu Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov qurumun ümumi yığıncağında bildirib.
Sədr qeyd edib ki, qiymətləndiricilərin fəaliyyət göstərdiyi məkan qiymətləndirmə bazarıdır:
"Bu bazarın funksiyaları və strukturu mövcuddur. Məlum olduğu kimi, bazarın 8 funksiyası və 4 struktur bölməsi var. Bizim fəaliyyətimizdə əsas hədəf bu bazarın struktur bölmələrinin inkişaf etdirilməsidir. Bununla yanaşı bazarın əsas 2 funksiyası olan tənzimləyici və stimullaşdırıcı göstəricilərini də yaddan çıxarmamalı, palatanın rəhbər strukturu və qiymətləndiriciləri buna hazır olmalıdırlar".
Nüsrət İbrahimov Qiymətləndiricilər Palatasının vəzifəsi yalnız bazarda dövr edən obyektlərin qiymətləndirilməsi ilə məhdud olmadığını deyib.
Sədrin sözlərinə görə, dövriyyədən kənarda qalan kütlənin bazara cəlb edilməsi də əsas fəaliyyət istiqamətlərimizdən biridir:
"Biz həmçinin bazarın digər struktur bölmələri olan qiymətləndiricilərlə qanun və nizamnaməyə uyğun şəkildə davamlı işləmək vəzifəsini daşıyırıq. Lakin hazırda qiymətləndiricilərin bir hissəsinə, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan müvəffəqiyyətlə keçmələrinə baxmayaraq, praktiki işlərdə "peşəkar qiymətləndirici" demək mümkün deyil".
Məhərrəm Əliyev
Seçilən
8
oxu.az

1Mənbələr