AZ

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla İran arasındaticarət əməliyyatlarının həcmi 583,646 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 146,43milyon ABŞ dolları və ya 33,5% çoxdur.

Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 1,35%-i həcmində olub.

11 ayda Azərbaycan İrana 12,87 milyon ABŞ dolları dəyərindəməhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 402min ABŞ dolları və ya 3,03% azdır. Dövr ərzində İran ilə ixracəməliyyatları ölkənin ümumi ixracının 0,05%-ni təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan İrandan məhsulidxalını illik müqayisədə 146,832 milyon ABŞ dolları və ya 34,6%artıraraq, 570,776 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində İranilə idxal əməliyyatları ölkənin ümumi idxalının 3,04%-ni təşkiledib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xariciölkələrlə 43,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,2 milyard ABŞdolları və ya 8,9% azdır.

Xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın,18,7 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac7,1 milyard ABŞ dolları və ya 22,8% azalıb, idxal isə 2,9 milyardABŞ dolları və ya 18,7% artıb.

Nəticədə, xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldoyaranıb. Bu isə illik müqayisədə 10,1 milyard ABŞ dolları və ya 2,8dəfə azdır.

Seçilən
13
3
az.trend.az

4Mənbələr