Almaniyanın Maqdeburq şəhərində Milad bazarına gələnləri avtomobilin vurması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 205 nəfər yaralanıb.
Qeyd edək ki, ötən gün axşam Maqdeburqda Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hadisəni Səudiyyə Ərəbistanından olan 50 yaşlı kişi törədib, o, tək hərəkət edib. O, 2006-cı ildən Almaniyadadır və yaşayış icazəsi var.
Bundan əvvəl iki avtomobilin insanlar üzərinə sürüldüyü, ölənlərin isə 11 nəfər olduğu bildirilmişdi.