AZ

Kompani Maqdeburqdakı faciə ilə bağlı açıqlama verdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Maqdeburqda (Almaniya) Milad bazarında baş vermiş faciəvi hadisə ilə bağlı açıqlama verib.

Arena.az xatırladır ki, cümə günü, dekabrın 20-də ölkənin şimalında yerləşən Maqdeburq şəhərində Milad bazarında avtomobil izdihamın üzərinə çırpılıb.

Nəticədə biri uşaq olmaqla 4 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Bununla bağlı Münhenin “Alyans Arena”sında azarkeşlər üçün əyləncə tədbirləri azaldılıb, Almaniya Bundesliqasının 15-ci turunun “Bayern” – “Leypsiq” oyunu (5:1) isə bir dəqiqəlik sükutla başlayıb. Eləcə də “Leypsiq”lə oyundan sonra, əvvəlcədən nəzərdə tutulmuş Milad mərasimi ləğv edilib.

“Bu gecə futbol haqqında danışmaq demək olar ki, mümkün deyil, biz indi maqdeburqlular haqqında düşünürük. Bu gün biz qalib gəldik, amma mən gələn il sülh və əmin-amanlıq naminə qələbələr arzulayıram”, – “RMC Sport” dərgisi belçikalı mütəxəssisdən sitat gətirir.

Öz növbəsində, “Bayern”in baş direktoru Yan-Kristian Drezen də faciə bağlı fikrini ifadə edib:

“Bu mərasim xoşbəxt olmalı idi, amma indi bu, mümkün deyil. Mən sizdən, həlak olanların xatirəsini ehtiramla yad etməyinizi və zərərçəkmişlərin ailələrinə dəstək olmanızı xahiş etmək istərdim”, –

Yan-Kristian Drezen “Alyas Arena”dakı çıxışında bildirib.
15 oyundan 36 xalla “Bayern” Bundesliqanın yarış cədvəlinə başçılıq edir. “Leypsiq” isə 27 xalla 4-cü yerdədir.

Seçilən
29
arena.az

1Mənbələr