AZ

PMS imtahanının ikinci mərhələsi keçirilib

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi peşəkar mühasib sertifikatı (PMS) imtahanının ikinci mərhələsini (qanunvericilik üzrə) keçirib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanda 9 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 25 imtahan rəhbəri, 195 nəzarətçi, 31 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün imtahanın nəticələri yaxın 6 həftə ərzində elan olunacaq.

 

phrase_var_article.chosen
11
5
azertag.az

10phrase_var_article.sources