Bakı. Trend:
Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenariclasında Azərbaycanın suverenliyinə və müstəqil siyasətinə qarşıyönəlmiş növbəti qərəzli qətnamə qəbul edilib. Bu sənəd, ölkəmizinuğurlarını kölgə altına almaq məqsədi güdən uzunmüddətlikampaniyanın növbəti mərhələsidir.
Avropa Parlamentinin qəbul etdiyi qətnamə həmişəki kimireallıqlardan uzaqdır və qərəzli xakater daşıyır. Belə qərəzliqətnamə ölkəmizin uğurlarına kölgə salmaq niyyətindən başqa bir şeydeyil.
Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdərək mühimuğurlara imza atıb. Bakının böyük beynəlxalq tədbirlərə evsahibliyi etməsi, bu tədbirləri yüksək səviyyədə təşkil etməsi,orada mühim qərarların qəbul edilməsi uğuruna nail olması, təbiiki, müəyyən dairələrdə narahatlıq doğurur. Bunun son sübutu da,ölkəmizdə qlobal səviyyədə əhəmiyyət daşıyan COP29 tədbirininyüksək səviyyədə təşkil edilməsi oldu. Bu kimi uğurlar, təəssüf ki,bəzi dairələrdə narahatlıq yaradır və həmin dairələr öz təzyiqmexanizmlərini işə salaraq ölkəmizə qarşı qarayaxma kampaniyasınaəl atırlar.
Avropa Parlamentinin qətnaməsi də məhz bu sıradan bir addımdır.Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzu, Cənubi Qafqazdasülh və sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüsləri vəaddımları, həmçinin enerji təhlükəsizliyi sahəsindəki uğurları, buqərəzli addımların daha da artmasına səbəb olur. Bu qətnaməAzərbaycana qarşı yönəlmiş addımların təzahürü olmaqla yanaşı, həmdə Avropa Parlamentinin ikili standartlar ilə fəaliyyətgöstərdiyini bir daha sübut edir.
Qəbul edilmiş qətnamənin nə dərəcədə ədalətsiz və qərəzliolduğunu göstərmək üçün yalnız bir fakta diqqət yetirməkkifayətdir: Azərbaycanın ərazisində insanlıq əleyhinə cinayətlərtörətmiş, separatçı rejimin keçmiş nümayəndələri və terroraktlarında iştirak etmiş şəxslər bu sənəddə tamamilə təhrif edilmişşəkildə “erməni hərbi əsirləri” kimi təqdim olunur. Onların hərbicinayətkarlar olduğu bütün faktlarlarla sübut edilsə də, AvropaParlamenti bunu görməzdən gəlir və təbii ki, öz məqsədləri naminə,onları "əsir" adlandırır. Bu, beynəlxalq hüququn ən əsasprinsiplərinə də ziddir.
Bundan əlavə, sənəddə "siyasi məhbus" adlandırdıqları şəxslərində azad edilməsi tələb edilir. Halbuki, Azərbaycanda siyasifəaliyyətə görə heç kəs nə həbs edilir, nə də qarşısı alınır. Əsasolan qanunlar çərçivəsində hərəkət etməkdir. Fəaliyyətistiqamətindən asılı olmayaraq, hər kəsin birmənalı şəkildəöhdəlikləri, vəzifələri və riayət etməli olduğu qanunlar var. Birvətəndaş əgər qanunları pozursa, təbii ki, fəaliyyət istiqamətindənasılı olmayaraq, hamı kimi məsuliyyətə cəlb edilir. AvropaParlamenti isə qanunları pozaraq cinayətlər törətmiş və cinayətləribütün mərhələlərdə sübuta yetirilmiş şəxsləri "siyasi məhbus"adlandıraraq, onlara bəraət qazandırmağa çalışır və hətta azadedilməsini tələb edir. Bəllidir ki, həmin şəxslər məhz buparlamentarilərin maliyyələşdirildiyi eyni mənbələrdən maliyyələşibvə eyni maraqlara xidmət ediblər. Bu isə bir daha Avropanın buparlamentarilərinin müəyyən dairələrin sifarişini yerinəyetirdiyini nümayiş etdirir.
Belə bir yanaşma Avropa Parlamentinin obyektivlik və ədalətprinsiplərinə deyil, siyasi maraqlara xidmət etdiyini açıq-aydınsübut edir. Avropa Parlamentində aparılan müzakirələr və qəbuledilən sənədlər son illərdə getdikcə daha çox siyasi təzyiqvasitəsinə və digər ölkələrin daxili işlərinə kobud müdaxiləalətinə çevrilib. Bu qurum, əslində, insan hüquqlarını,demokratiyanı və hüququn aliliyini müdafiə etmək kimi əsasprinsipləri rəhbər tutmalı olduğu halda, müəyyən dairələrinmaraqlarını irəli sürən qərəzli və ikili standartlara əsaslananqərarlar qəbul edir. Bunun nəticəsində artıq Avropa Parlamentibeynəlxalq arenada obyektivlikdən uzaq bir struktur kimitanınır.
Avropa Parlamenti artıq anlamalıdır ki, qeyri-obyektiv mövqeyəvə saxta məlumatlara əsaslanan qətnamələr nəinki hədəf aldığıölkələrdə, hətta beynəlxalq ictimaiyyət arasında da heç bir ciddimaraq və etimad doğurmur.
Bu sənədlərin yalnızca Azərbaycanın möhkəmlənən beynəlxalqmövqeyini zəiflətmək məqsədi daşıyan uğursuz addımlar olduğubəllidir. Buna görə də hər kəs bilməlidir ki, bütün bu səylərə,qərəzli yanaşmalara və ölkəmizə qarşı atılan addımlara baxmayaraq,Azərbaycan öz müstəqil siyasətini və milli maraqlarını qorumaqdadavam edəcək.
Azər Qarayev,
Politoloq