AZ

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

Bakı. TurkicWorld

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni milli iqtisadiyyat naziri təyin edib.

TurkicWorld bu barədə Prezidentin rəsmi saytına (Akorda) istinadən xəbər verir.

“Dövlət başçısının fərmanına əsasən, Jumanqarin Serik Makaşeviç Qazaxıstan Respublikasının Baş nazirinin müavini – milli iqtisadiyyat naziri vəzifəsinə təyin olunub”, - Prezidentin rəsmi teleqram kanalında qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev milli iqtisadiyyat naziri və Baş nazirin müavini vəzifəsini icra edən Nurlan Baybazarovu vəzifəsindən azad etmişdi.

Seçilən
25
turkic.world

1Mənbələr