Bu gün maraqla gözlənilən futbol matçlarından biri Birmingemdə "Aston Villa" ilə "Mançester Siti”nin qarşılaşması olacaq.
İdman.biz xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola heyətdəki kadr problemlərinə baxmayaraq, niyə gənc futbolçulara güvənmədiyi ilə bağlı sualı cavablandırıb.
Mütəxəssis bildirib ki, bəlkə də bu, ədalətsizlikdir: “Ola bilər, səhv edirəm. Amma fikrimcə, hazırda məhz əsas oyunçular kim olduğumuzu göstərməlidirlər. Onlar bizi irəli aparmalı və vəziyyəti dəyişdirməyə çalışmalıdırlar.
"Mançester Siti" bütün yarışlarda keçirdiyi son 10 matçdan 7-də məğlub olub. İngiltərə çempionatında 15 oyundan sonra Qvardiolanın komandası 27 xala malikdir və 5-ci yerdədir.
İdman.biz