AZ

Sahil Babayev nə üçün Qida Təhlükəsizliyi Agentliyini hədəfə gətirdi? –ƏHALİYƏ XƏSTƏ HEYVANLARIN VERİLMƏSİNƏ GÖRƏ AQTA MƏSULİYYƏT DAŞIYIR, YOXSA NAZİR YALAN DANIŞIR?

SahilBir neçə həftə bundan qabaq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bəzi deputatların əhaliyə xəstə heyvanlar verilməsi ilə bağlı iddialarına etiraz etdi. O, konkret olaraq bildirdi ki, deputat Siyavuş Novruzun xəstə heyvanlarla bağlı çıxışı əsassızdır. Nazirin sözlərinə görə, təqdim olunan hər bir aktiv, hər bir heyvan haqqında video-çəkiliş aparılır, təqdim olunma günündə onlar sayta yerləşdirilir.Üstəlik, S.Bababyev əlavə etdi ki, bu zaman Qida Təhlükəsizliyi Agentliyinin idxal sənədləri, xəstəlik, sağlamlıq, baytarlığa dair bütün sertifikatları da olur. “İstənilən fərd bizə demədən özləri daxil olub, ad-soyadını daxil edib saytda baxa, orada yerləşdirilən video-çəkilişləri görə bilərlər”, - deyə nazir vurğuladı. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi istər xaricdən, istər də daxili bazardan alınan heyvanları yoxlayıb, onlara sağlamlıq arayışı verir. Daha sonra həmin heyvanlar 15 gün karantinə alınırlar. Məhz bundan sonra vətəndaşlara paylanılır.Sahil Babayev Milli Məclisdəki çıxışı belə deməyə əsas verir ki, vətəndaşlara verilən heyvanların xəstə olmamasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məsuliyyət daşımır, bütün məsuliyyət Qida Təhlükəsizliy Agentliyinin üzərinə düşür. O, dolayısı ilə bildirdi ki, əgər vətəndaşlara verilən heyvanlar xəstədirsə, yaxud yeni sahibinin evinə çatandan az sonra ölürsə, buna Qida Təhlükəsizliyi Agentliyi cavab verməlidir.SahilMaraqlıdır, qarşı tərəf - Qida Təhlükəsizlik Agentliyi nazirin bu ittihamlarını nə qədər əsaslı hesab edir? Bu və digər suallara cavab tapmaq üçün Qida Təhlükəsizlik Agentliyinə göndərdik. Agentliyin “Hürriyyət”in sorğusuna verdiyi cavabı oxucularımıza təqdim edirik:“Müraciətinizə cavab olaraq bildiririk ki, xaricdən keçə bilən xəstəliklərdən qorunmaq üçün nəzarət tədbirləri görülür. Heyvanlar idxaldan sonra baytarlıq müayinəsindən keçir. Sağlam olduğu təsdiqləndikdən sonra təyinatı üzrə daşınır. Daşınma zamanı müvafiq sertifikatla təmin edilir.Yemləmə, saxlama və zoogigiyenik şəraitlə bağlı təmin edilməsi heyvan sahibindən aslıdır ki, tələfatda bu amillər rol oynayır.Qeyd edək ki, bu heyvanlarda xüsusi təhlükəli xəstəliklər aşkarlanmamışdır”.Qida Təhlükəsizlik Agentliyinin bu cavabından başa düşülür ki, burada bütün məsuliyyəti AQTA-nın üzərinə atmaq olmaz. Görünür, Sahil Babayev öz məsuliyyətini kimlərləsə bölüşmək istəyir. Necə deyərlər, “cəhənnəmə gedən özünə yoldaş axtarar”. Amma Qida Təhlükəsizlik Agentliyinin cavabından da aydın olur ki, bu qurum ancaq xaricdən gətirilən heyvanlara sağlamlıq arayışı verir. Yerli bazardan alınan heyvanlar isə AQTA-nın iştirakı olmadan, məhz nazirlik əməkdaşlarının nəzarəti altında əhaliyə paylanılır.(Hurriyyet)Jalə FAMİLQIZI

phrase_var_article.chosen
10
2
yenisoz.az

3phrase_var_article.sources