AZ

Bələdiyyələrə keçiriləcək seçkiləri 1095 nəfər müşahidəçi izləyəcək

Azərbaycanda bələdiyyələrə keçiriləcək seçkiləri 1095 nəfər müşahidəçi izləyəcək.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugün keçirilən iclasında sədr Məzahir Pənahov açıqlayıb.

"Onların 131-i Mərkəzi Seçki Komissiyasına müraciət əsasında, 964 nəfər isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib", - deyə o bildirib.

Qeyd edək ki, növbəti Bələdiyyə seçkiləri 2025-ci il, yanvarın 29-da keçiriləcək.

Seçilən
23
5
apa.az

6Mənbələr