Birləşmiş Ştatların hərbi strategiyası getdikcə daha çox qarşıdurma xarakterli olur.
Azpost.info xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan bildirib.
Nazirlik Pentaqonun ölkənin hərbi inkişafı ilə bağlı hesabatına etiraz etdiyini bəyan edib.
“Faktlar göstərir ki, ABŞ-ın hərbi strategiyası getdikcə daha çox qarşıdurma, hücum və avantürist xarakter alır”, – qurum bildirib.
Qeyd edilib ki, ABŞ qlobal təhlükəsizliyə ciddi təhlükə yaradır: “ABŞ hərbi münaqişələrə meylli olduğuna görə beynəlxalq asayişin əsas dağıdıcısına çevrilib. Birləşmiş Ştatlar öz hərbi-texniki üstünlüyündən birqütblü hegemonluğu saxlamaq və qondarma “rəngli inqilablar”ı təhrik etmək üçün istifadə edir”.
Azpost.info