Ötən gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda bir sıra məsələlər müzakirə olunub. Onlar arasında ictimaiyyətə maraqlı olan iki məsələ də olub.
İdman.biz xəbər verir ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli Publika.az-a açıqlmasında bu iki məsələ barədə məlumat verib.
O bildirib ki, “Mingəçevir” futbol klubuna sponsorluqla bağlı ASTA ((Azerbaijan Sport Talents Academy) şirkətinin nümayəndəsi AFFA İcraiyyə Komitəsinin toplantısına dəvət olunub: "Nümayəndə görəcəkləri işlərlə bağlı təqdimatı nümayiş etdirdi. AFFA İcraiyyə Komitəsinin üzvləri onların planları ilə tanış oldular.
Bundan başqa, “Turan Tovuz” futbol klubu təsisçiliklə bağlı AFFA-ya rəsmi məktub ünvanlayıb. İcraiyyə Komitəsi üzvləri iclasda həmin məktubla da tanış oldular. Bununla bağlı, “Turan Tovuz” klubuna AFFA tərəfindən rəsmi cavab göndəriləcək”.
İdman.biz