AZ

“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov + ÖZƏL

Bu gün təhsildə şagirdlərə çətinlik yaşadan bir çox problemlər var. Məsələn, bu problemlərdən biri də ağır çanta mövzusudur. Valideynlər tez-tez məktəbli çantalarının ağırlığından şikayətlənirlər. Onlar bildirirlər ki, kitablar, test tapşırıqlarının çox olması çantanın ağırlığına səbəb olur ki, bu da uşaqların onurğa sütununda deformasiyaların artması ilə nəticələnir.
 
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil Naziri Misir Mərdanov Moderator.az-a açıqlamasında bildirib ki, aidiyyatı qurumlar məsələni gündəmdə saxlamalıdır:
 
“Mənim işlədiyim dövrlərdə də belə problemlər olurdu. Bəlkə də o vaxtı bu qədər sayt və televiziyalar yox idi ki, həmin məsələləri gündəmə gətirsinlər. Şübhəsiz o kitablar dövlət vəsaiti hesabına Təhsil Nazirliyinin rəhbərliyi ilə hazırlanır, çap olunur. Zaman dəyişdikcə fənlərin sayı sürətlə artmaqdadır. Məsələn, bizim oxuduğumuz vaxtı kompyuter yox idi və kompyuterləşmə ilə bağlı heç bir dərslik və dərs vəsaiti yox idi. Getdikcə bu fənlər artdı və hər bir dərsin də dərs vəsaiti oldu. Ona görə də məktəbli çantalarının çəkisi artır. Yenə də mənə elə gəlir ki, bu məsələ nəzarətdə saxlanmalıdır. Hər şey böyüməkdə olan nəsilə, uşağa, onun sağlamlığına xidmət etməlidir. Biz elə etməməliyik ki, uşağın o çantanın ağırlığından beli əyilsin, nəsə bir xəstəliyə düçar olsun. Həm valideynlər, həm təhsil ictimaiyyəti, həm nazirlik, həm kitabı yazan müəlliflər, çap edən nəşriyyatlar bu məsələni diqqət mərkəzində saxlamalıdır”, - deyə eks nazir bildirib.
phrase_var_article.chosen
20
moderator.az

1phrase_var_article.sources