AZ

Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum - 16 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Heybər-Paxtunxva əyalətində terror aktı törədilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Jarusalem Post" məlumat yayıb.

Nəzarət-buraxılış məntəqəsinə edilən hücumda 16 hərbçinin həlak olduğu açıqlanıb. Qarşıdurma zamanı daha 8 nəfər isə yaralanıb. Pakistan tərəfi əsgərlərin hücumuna cavab olaraq reaktiv yaylım atəşi sistemləri və digər mövcud silahlardan istifadə etməklə cavab verdiyini bildirib.

Qanlı hücuma görə məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" (TTP) təşkilatı üzərinə götürüb.


Müəllif: Ceyhun Ağazadə
phrase_var_article.chosen
12
teleqraf.com

1phrase_var_article.sources