AZ

İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlarla və İmmiqrantlarla İş Mərkəzinin rəhbəri Nadir Yarəhmədi bəyan edib.
Onun sözlərinə görə, əcnəbi vətəndaşların ölkəyə girişinin qarşısının alınması üçün yeni qərarlar qəbul edilib.
"Əfqan qaçqınların İranın 18 əyalətə səfərinə, yaşamalarına və işləmələrinə qadağa qoyulub. Onları işə götürən, ev kirayə verən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar", - deyə Əhmədi bildirib.
Nadir Yarəhmədi xatırladıb ki, hökumət onların ölkəyə icazəsiz girişinin qarşısını almaq üçün sərhədə divar çəkməyə başlayıb.
Seçilən
41
oxu.az

1Mənbələr