Azərbaycan millisinin 2024-cü ildə ən yaxşı bombardiri Toral Bayramov olub.
İdman.biz xəbər verir ki, bu il 10 oyuna çıxan futbolçu 3 qola imza atıb.
O, yığmanın tarixində bir təqvim ilində 3 və ya daha çox qola imza atan 15-ci futbolçudur. Torala qədər 14 oyunçu bunu bacarıb.
Onlardan ikisi – Qurban Qurbanovla Emin Mahmudov bunu hərəyə iki dəfə bacarıblar. Bir sözlə, tarixdə 17-ci dəfə bir futbolçu ən azı 3 qol vurmağı bacarıb.
Qeyd edək ki, il ərzində 2-dən artıq qol vuran ilk oyunçu Zaur Tağızadə olub. O, buna 1999-cu ildə imza atıb.
Zaur Tağızadə | 1999 | 3 |
Qurban Qurbanov | 2003 | 3 |
Emin Quliyev | 2004 | 3 |
Qurban Qurbanov | 2004 | 3 |
Branimir Subaşiç | 2007 | 4 |
Samir Əliyev | 2007 | 3 |
Vaqif Cavadov | 2009 | 4 |
Elvin Məmmədov | 2010 | 4 |
Rauf Əliyev | 2011 | 3 |
Rüfət Dadaşov | 2013 | 4 |
Dmitri Nazarov | 2015 | 3 |
Əfran İsmayılov | 2017 | 3 |
Riçard Almeyda | 2018 | 3 |
Ramil Şeydayev | 2019 | 3 |
Emin Mahmudov | 2021 | 7 |
Emin Mahmudov | 2023 | 4 |
Toral Bayramov | 2024 | 3 |
Vüqar Xeyrullayev
İdman.biz