AZ

Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT

COP29-a qarşı neqativ kampaniyanın sürətlənməsinin səbəblərindən biri də zəngin iş adamları tərəfindən PR və mənfi imic formalaşdırmaq sahəsində təcrübəsi olan şirkətlərin bu işə cəlb edilməsi olub.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.

Aparılan araşdırma nəticəsində bəlli olub ki, David Vardanyan (Ruben Vardanyanın oğlu) və Nubar Afeyan kimi zəngin iş adamları Azərbaycana qarşı kampaniyada maliyyə resurslarından və şəxsi əlaqələrindən maksimum istifadə edərək hibrid hücumlar təşkil edirlər:

“Vardanyan və Afeyan cütlüyünün antiAzərbaycan kampaniyasındakı taktikası tanınmış PR şirkətlərini, Hollivud ulduzlarını, Amerikanın zəngin iş adamlarını və nüfuzlu ailələrini, habelə dövlət rəsmilərini müəyyən layihələrə cəlb etmək üzərində qurulub. Onlar insanların etibarından sui-istifadə edərək, Avrora Humanitar Təşəbbüs Fondu və təsis etdikləri “Avrora” mükafatı vasitəsilə xeyriyyə tədbirləri adı altında öz məkrli fəaliyyətini həyata keçirirlər".

Buna misal olaraq hesabatda Klintonlar ailəsinin üzvü olan Çelsi Klintonu “Avrora” mükafatının Seçim komitəsinə üzv qəbul edilməsi göstərilib və qeyd olunub ki, seçim komitəsinin bir sıra üzvləri COP29 və Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olurlar.

Milli Məclisin hazırladığı hesabatda qeyd olunur ki, Vardanyanlar ailəsi bu işlərinə adı bir sıra qalmaqallarda çəkilən “Edelman” PR şirkətini və “Perseus Strategies” hüquq firmasını cəlb edibdir:

phrase_var_article.chosen
12
2
azpolitika.info

10phrase_var_article.sources