AZ

Məşhur şirkət bu qədər işçini ixtisar edəcək

Həmkarlar İttifaqı ilə Avropanın ən böyük avtomobil istehsalçısı olan "Volksvagen" arasında razılaşma əldə olunub. 

"Cebheinfo.az" xəbər verir ki, gələcəkdə 35 min işçinin işdən çıxarılması və potensialın azaldılması da daxil olmaqla, genişmiqyaslı dəyişiklikləri ehtiva edən razılaşma kütləvi tətillərin qarşısını alacaq.

Mütəxəssislər razılaşmanı hər iki tərəf üçün "qalibiyyət" kimi qiymətləndiriblər.

Alman avtomobil nəhəngi "Volksvagen", kütləvi tətillərin qarşısını almaq üçün dünən son anda həmkarlar ittifaqı ilə əldə etdiyi razılaşmada 35 mindən çox işdən çıxarılması da daxil olmaqla hərtərəfli dəyişikliklər edəcəyini açıqlayıb.

Qrupun baş icraçı direktoru Oliver Blume, "Uzun və gərgin danışıqlardan sonra əldə edilən razılaşma "Volksvagen" markasının gələcək həyat qabiliyyəti üçün mühüm siqnaldır" deyib.

"Volksvagen" tərəfindən verilən açıqlamada, razılaşmanın orta müddətli dövrdə illik 15 milyard avro qənaət təmin edəcəyi və 2024-cü il hədəflərinə ciddi təsir etməyəcəyi ifadə edilib.

Həmçinin Drezden fabriki üçün alternativ variantların araşdırıldığı və Osnabrueck obyektindən yenidən istifadə edəcəyi bildirilib. 

İstehsalın bir hissəsi Meksikaya köçürüləcək.

"IG Metall Union", noyabr ayında razılaşdırılmış 5 faizlik maaş artımının  və 2025-ci ilin sonuna qədər Drezden fabrikində avtomobil istehsalının dayandırılacağını açıqlayıb.

İş şurasının prezidenti Daniela Cavallo, "Heç bir zavod bağlanmayacaq, heç kim əməliyyat səbəblərinə görə işdən çıxarılmayacaq və şirkətimizlə uzunmüddətli əmək haqqı müqaviləsi təmin ediləcək. Bu üçtərəfli razılaşma ilə biz ən çətin iqtisadi şəraitdə möhkəm bir həllə nail olduq" deyib.

Frankfurtda yerləşən "Hauck Aufhäuser Lampe"-nin baş iqtisadçısı Alexander Krueger deyib: 

“İlk baxışda hər iki tərəfin az-çox qəbul edə biləcəyi bir kompromis kimi görünür. Digər şirkətlər də ixtisar planları hazırlayır və Volksvagen hələ başlanğıcdır".

"Reuters"in xəbərinə görə, Krueger bildirib ki, rəqabətli qiymətlərin təzyiqləri, ehtimal ki, daha sonrakı tarixdə əlavə tənzimləmə tələb edəcək:

"Bütün bu fəaliyyətlər Almaniyanın iqtisadi siyasəti üçün yeni bir başlanğıcdır".

Digər tərəfdən, Avropa avtomobil bazarları üzrə analitik Mattias Schmidt deyib: 

"2030-cu ilə doğru 35 min işdən çıxarılma, yəqin ki, kifayət deyil və Avropa bazarında gördüyümüz durğunluğu aradan qaldırmaq üçün çox uzun müddətdir".

phrase_var_article.chosen
45
cebheinfo.az

1phrase_var_article.sources