"Liverpul"un müdafiəçisi Vircil van Deyk "Real"ın "radarına düşüb".
Publika.az xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubu müqaviləsi 6 ay sonra başa çatacaq niderlandlı futbolçu ilə maraqlanır. O, klubu ilə yeni müqavilə imzalamayıb. "Los Blankos" bu vəziyyətdən istifadə edərək 33 yaşlı futbolçunu yayda azad agent kimi heyətinə qata bilər.
Vircilə alternativ olaraq "Real" "Bayer"dən Conatan Tanı düşünür. Onun da müqaviləsi 6 ay sonra başa çatır. Lakin Madrid klubu almaniyalı müdafiəçi üçün əzəli rəqibi "Barselona" ilə rəqabət aparmalı olacaq.