AZ

ABŞ yeni uzaqmənzilli raketləri SINAQDAN KEÇİRDİ - Daha uzağı vuracaq

ABŞ ordusu üçün iki uzaqmənzilli raket sınaqdan keçirilib.

 

Sfera.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb. Qeyd olunub ki, xüsusilə “LRHW Dark Eagle” hipersəs silahı və “PrSM” dəqiqlikli raketlər burada yer alıb.

 

“Dekabr ayında müdafiə departamenti eyni vaxtda LRHW (Uzunmənzilli Hipersonik Silah - uzun mənzilli hipersəs silahı) və PrSM (Precision Strike Missile - yüksək dəqiqlikli raket) sisteminin uğurlu sınaqları barədə məlumat verib.

 

Florida ştatındakı Kanaveral burnunda LRHW kompleksi ilk dəfə uğurla işə salınıb. Bu da ATACMS-dən daha uzun mənzillidir və Rusiyanın “İskəndər-M” raketinə bir növ cavab olub. Təxmini uçuş məsafəsi üç min kilometrdir.

 

Sınaq edilən digər silah ATACMS-i əvəz etmək üçün nəzərdə tutulmuş PrSM dəqiqlikli raket olub”, - məlumatda bildirilib.

 

Türkan

Seçilən
18
sfera.az

1Mənbələr