AZ

Slovakiyanın baş nazirindən iddia: "Zelenski mənə 500 milyon avro rüşvət təklif etdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskinin ona rüşvət təklif etdiyini iddia edib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Fitso jurnalistlərlə söhbəti zamanı deyib.
Onun sözlərinə görə, Zelenski Brüsseldə baş tutan qapalı görüşdə danışıqlar zamanı Ukraynanın NATO-ya (Şimali Atlantika Alyansı) qəbulu məsələsində Slovakiyanın səsini almaq üçün Fitsoya Rusiya aktivlərindən 500 milyon avro təklif edib.
Söhbət Qərbin Ukraynaya köçürməyə söz verdiyi Rusiya aktivlərindən gedir.
Robert Fitso təklifdən imtina etdiyini vurğulayıb və heç bir halda Kiyevin Şimali Atlantika Alyansına qoşulmasına səs verməyəcəyini bildirib. Həmçinin, Ukraynanın NATO-ya dəvət edilməsini qeyri-real adlandırıb.
"O, Rusiya aktivlərindən 500 milyon avro verərsə, Ukraynanın NATO üzvlüyünə səs verib-verməyəcəyimi məndən soruşdu. Təbii ki, mən ona "heç vaxt" cavabını verdim", - deyə Fitso qeyd edib.
Seçilən
10
1
oxu.az

2Mənbələr