İngiltərə millisinin keçmiş üzvü Corc İsthem 88 yaşında dünyasını dəyişib
QOL.az xəbər verir ki, bu barədə onun sabiq klubu "Stok Sit" məlumat yayıb.
İsthem 1966-1973-cü illərdə "Stok Siti"də çıxış edib. O, futbolçu karyerasını başa vurduqdan sonra bu komandanı çalışdırıb. İsthem futbolçu kimi “Arsenal”, “Nyukasl” və “Ards”da da oynayıb.
Keçmiş hücumçu 1966-cı ildə İngiltərə millisi ilə dünya çempionu olub.