AZ

Tramp Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ÜDM-nin 5 %-ə çatdırmağı tələb edəcək.

"Cebheinfo.az" “Financial Times”a istinadən xəbər verir ki, o, bu barədə bəzi Avropa rəsmilərini nümayəndələri vasitəsilə məlumatlandırıb.

NATO-ya daxil olan ölkələr arasında 2024-cü ildə proqnozlaşdırılan hərbi xərclərin payına görə 4 faiz ilə Polşadır. 

Almaniya NATO-nun 2 faiz hədəfi ətrafında olduğu halda, Türkiyə üçün bu nisbət də 2 faiz civarındadır.

Donald Tramp yeni prezidentlik dövründə hərbi xərcləri artırmaq üçün NATO ölkələrinə təzyiq göstərəcək.

Donald Trampın komandası Avropa rəsmilərinə bildirib ki, ABŞ-nin yeni prezidenti NATO üzvü olan ölkələrdən müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağı tələb edəcək və Ukraynaya hərbi yardımı davam etdirməyi planlaşdırır.

"FT"-nin məlumatına görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri Avropa və Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı siyasətlərini formalaşdırarkən, bu ay yüksək səviyyəli Avropa rəsmiləri ilə görüşlərdə öz niyyətlərini bölüşüblər.

Nəşrin mənbələri qeyd edib ki, Tramp həmçinin NATO-dan alyansın 32 üzvündən yalnız 23-nün ödəyə biləcəyi 2 faizlik xərc hədəfini iki dəfədən çox artıraraq 5 faizə çatdırmağı tələb edəcək.

NATO müttəfiqləri iyun ayında liderlərin görüşündə bu hədəfi 3 faizə çatdırmaq barədə müzakirələrə başlayıblar.

Lakin bir çox paytaxt şəhərləri çətin maliyyə qərarlarından narahatdırlar. Ağ Evin İdarəetmə və Büdcə Ofisinin məlumatına görə, ABŞ 2024-cü ildə ÜDM-in təxminən 3,1 faizini müdafiəyə xərcləyəcək.

Trampın 2020-ci ildə ilk prezidentliyinin son ilində Pentaqonun xərcləri 3,4 faizə çatmışdı.

Seçilən
11
cebheinfo.az

1Mənbələr