1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Juninyonun "Sevilya"ya keçidi "Qarabağ"a ciddi problem yaratsa da, Azərbaycan futbolunun güclənməsinə tövfə verəcək".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan millisinin və "Neftçi" klubunun sabiq futbolçusu Mahmud Qurbanov deyib.
"Azərbaycan klublarında çıxış etmiş hansısa bir futbolçunun "Top 5"likdə olan ölkələrin komandalarına keçidi futbolumuz üçün çox müsbət haldır. Juninyonun "Sevilya"ya keçidi ölkəmizdə oynayan futbolçular üçün əlavə stimul olacaq. "Yarasalar" İspaniyanın ən nəhəng və köklü klublarından biridir. Məhz Juninyonun bu kluba keçidi də artıq göstərir ki, Azərbaycan futbolu Avropa bazarına çıxıb. Düzdür, "Qarabağ" hazırda Avropa Liqasında çıxış etdiyi halda belə bir keyfiyyətli futbolçu ilə yolları ayırsa, komandanın işi çətinləşəcək. Amma bu, Azərbaycan çempionatına diqqətin artmasına səbəb olacaq. Bəzən hadisələrin mənfi tərəflərinə kökləndiyimiz üçün müsbət olanı görmürük. Amma bu keçid futbolumuzun keyfiyyətini artıracaq".
Qeyd edək ki, Juninyo qış transfer pəncərəsində "Sevilya"ya keçəcək. İspaniya klubu "Qarabağ"a hücumçu üçün 3+1 milyon avro ödəyəcək.
Anar Həsənov