Maraqlıdı ki, parislilərin “çərçivə”yə gedən 11 zərbəsindən heç biri qol olmadı. Müvafiq statistikanın aparıldığı 2006/07 mövsümündən bəri heç bir başqa komanda belə bəxtsizliklə üzləşməmişdi. 34 malik çempion liderliyi qorudu. PSJ-nin əsas rəqibləri isə hesabat turunda qələbə qazandı. “Monako” evdə “Tuluza”nı, “Marsel” isə səfərdə “Sent-Etyen”i 2:0 hesabıyla məğlub etdi. “Knyazlar”la cənubluların hərəyə 29 xalı var. İkinci izləmə qrupunda olan “Lill” ilə “Lion” da qələbəyə sevindi. “Şimallı itlər” “Brest”dən, “şirlər” “Anje”dən üstün oldu. “Lill”in 26, “Lion”un 25 xalı var.
Turun qalan oyunlarına gəlincə, “Havr”ı məğlub edən “Nitsa” xalını 23-ə çatdırdı. Bu oyunda ilk qolu vuran Lyabordun Fransa elitasında qapısına yol tapdığı komandaların sayı 29-a çatdı. Heç bir başqa futbolçu bundan yaxşı nəticə ilə öyünə bilməz. Düzdü, Lakazett də 29 fərqli komandanı məyus edib.
“Lans” evdə “Monpelye”yə qalib gəldi. “Nant” – “Renn” oyununda məhsuldar, “Strasbur” – “Reyms” oyununda isə qolsuz heç-heçə qeydə alındı.
14-cü tur
Oser – PSJ 0:0
(17028)
PSJ: Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri, Vitinya, Ruis (Asensio, 79), Li Kan İn (Due, 67), Ramuş (Kolo Muani, 62), Barkola (Dembele, 62).
Monako – Tuluza 2:0
Sinqo, 50. Embolo, 82. (6868)
Monako: Mayetski, Vanderson (Teze, 88), Sinqo, Kerer, Enrike (Mavissa, 88), Matazo (Ben Seqir, 63), Kamara, Akliuş, Minamino (Uattara, 79), Qolovin, İlenihena (Embola, 63).
Sent-Etyen – Marsel 0:2
Rabyo, 17. Qrinvud, 65. (35350)
Marsel: Rulyi, Murilyo, Balerdi, Kondoqbia, Enrike (Rou, 90+1), Ronjye (Vai, 69), Heybyerq, Merlen (Kum, 79), Qrinvud (Brasye, 90+1), Rabyo, Mope (Kornelius, 69).
Lill – Brest 3:1
Devid, 7-p.; 69. Haraldsson, 44 – Ajork, 48. (38128)
Nitsa – Havr 2:1
Lyabord, 55-p. Buanani, 75 – Lyoris, 90+3. (21248)
Anje – Lion 0:3
Talyafiko, 26. Şerki, 55. Mikautadze, 88. (16301)
Lans – Monpelye 2:0
Labo, 39. Lekomt, 90+2-öz qapısına. (37317)
Nant – Renn 1:1
Simon, 89 – Vu, 90+5. (28418)
Strasbur – Reyms 0:0
(19369)
1. PSJ 14 10 4 0 37-11 34
2. Marsel 14 9 2 3 31-17 29
3. Monako 14 9 2 3 24-12 29
4. Lill 14 7 5 2 24-14 26
5. Lion 14 7 4 3 26-17 25
6. Nitsa 14 6 5 3 26-17 23
7. Lans 14 6 5 3 17-12 23
8. Oser 14 6 2 6 21-21 20
9. Reyms 14 5 4 5 20-18 19
10. Tuluza 14 5 3 6 15-16 18
11. Brest 14 5 1 8 20-26 16
12. Renn 14 4 2 8 18-20 14
13. Nant 14 3 5 6 16-20 14
14. Strasbur 14 3 5 6 22-27 14
15. Anje 14 3 4 7 14-24 13
16. Sent-Etyen 14 4 1 9 11-32 13
17. Havr 14 4 0 10 11-26 12
18. Monpelye 14 2 2 10 13-36 8
Bombardirlər: Devid (Lill) – 11, Barkola (PSJ), Qrinvud (Marsel) – 10.
Turun rəqəmi
100 – Conatan Devid “Lill”in heyətində bütün turnirlər çərçivəsində keçirdiyi 206-cı oyunda qol sayını bu həddə çatdırdı. Kanadalı forvardın 2022/23 mövsümündən bəri bu komandanın formasını geydiyini də xatırladaq.
Turun ulduzu
Conatan Devid (Lill) – biri penaltidən olmaqla iki qol vurdu, üstəlik Haraldssona assistentlik etdi. Kanadalı artıq bombardirlər yarışında liderliyi də ələ keçirib.
Turun sitatı
Kilian Mbappe, “Real”ın hücumçusu (yayda “Lill”ə keçən qardaşı Etanın seçimi haqda):
“Mən “Real”da oynamağı arzulayırdım, o isə PSJ-də. Gedişimlə həyatının arzusuna mane ola bilərdim. Ona belə dedim: “Qalmaq istəyirsənsə, PSJ ilə müqavilənin müddətini uzadım, bir müddət də eyni komandada oynayaq. Ancaq o ikimizin də klubdan ayrılmasına qərar verdi”.