AZ

Braziliya legioner öncə qovuldu, indi yola salınır

Qış fasiləsində "Sumqayıt"ı tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.

Bu, braziliyalı legioner Fernando Medeirosdur.

Bir müddətdir əsas komandadan uzaqlaşdırılan orta sahə oyunçusu ilə ayrılıqla bağlı böyük ölçüdə razılıq əldə olunub.

2026-cı ilə kimi klubla müqaviləsi olan 28 yaşlı futbolçu getməyə qarşı çıxmayıb.

Cənubi amerikalı "Sumqayıt" formasında keçirdiyi 7 matçda 1 qolla yadda qaldığını bildirək.

XANOĞLAN/ SPORTİNFO.AZ

phrase_var_article.chosen
22
sportinfo.az

1phrase_var_article.sources