AZ

Blinkeni, Rutteni və Lyayeni niyə müharibəyə göndərmirik? - Mik Uolles

Avropa Parlamentinin (AP) İrlandiyadan olan keçmiş üzvü Mik Uolles Ukrayna müharibəsi ilə bağlı maraqlı açıqlamalarla yadda qalıb.

Teleqraf.com xəbər verir ki, Uolles "X" sosial şəbəkə hesabındakı paylaşımında ABŞ dövlət katibi Antoni Blinken, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə Ukrayna Silahlı Qüvvələri üçün döyüşməyi təklif edib.

"Madam ki, onlar müharibəni sevirlər, biz niyə Blinkeni, NATO rəhbəri Mark Rutteni və fon der Lyayeni Ukraynaya döyüşməyə göndərmirik?”, - deyə Uolles bildirib.

Keçmiş deputat qeyd edib ki, Ukraynanın aşağı sinif nümayəndələri artıq döyüşmək istəmir.

O, Ukraynadakı münaqişəni NATO-nun axmaq proksi müharibəsi adlandırıb.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
31
teleqraf.com

1Mənbələr