Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Sirski qoşunların Kuraxovonun cənubundakı Uspenovka və Trudovoye rayonlarından çıxarılmasını əmr edib. Bu barədə qərarı Ukrayna Silahlı Qüvvələrinin Hortitsa bölmələri yayıb.
Hortitsa qoşunları Ukrayna Müdafiə Nazirliyinə yaxın “DeepState” qrupunun mühasirə iddialarını isə rədd edib. Qeyd edilir ki, Sirski qoşunları mühasirəyə düşməməsi üçün geri çəkmək qərarına gəlib.
Rusların sözügedən istiqamətlərdə irəlilədiyi bildirilir.
TAHİR