Futbol üzrə Türkiyə Superliqasında 17-ci tura start verilib.
News24.az xəbər verir ki, çempionluq uğrunda yarışan "Fənərbaxça" xal itirib.
Joze Mourinyonun komandası səfərdə "Eyüpspor"un müqavimətini qıra bilməyib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Arda Turanın başçılıq etdiyi "Eyüpspor" "Qalatasaray"dan sonra daha bir favoriti büdrədib.
Türkiyə Superliqası
17-ci tur
"Eyüpspor" - "Fənərbaxça" - 1:1