Bakı. Trend:
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində naməlumsilahlıların hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsindəazı 16 hərbçi öldürülüb, beş nəfər isə ağır yaralanıb.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, hadisə Əfqanıstanla sərhəddən 40 kilometrməsafədə yerləşən Makin rayonunda baş verib.
Məlumata görə, hücumda 30 silahlının iştirak etdiyi və döyüşünbir neçə saat sürdüyü bildirilir. Silahlılar nəzarət-buraxılışməntəqəsini tutub, orada yerləşən rabitə vasitələrini məhv edib vəxeyli silah-sursat ələ keçirib.
Xatırladaq ki, bu il Pakistanda müxtəlif silahlı qruplaşmalarınhücumları nəticəsində 1082 nəfər həlak olub. Ən çox hücumHayber-Paxtunxva əyalətində qeydə alınıb.