AZ

Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?

Ukraynanın öz ərazisindən Rusiya qazının tranzitini davam etdirməkdən imtina etməsi fonunda Slovakiyanın baş naziri Robert Fitso dekabrın 23-də Vladimir Putinlə görüşmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç məlumat verib.

Serbiya liderinin sözlərinə görə, o, səfər təfərrüatlarını “qeyri-rəsmi” öyrənib, lakin bu, “kifayət qədər etibarlıdır”.

"Bazar ertəsi Fitso Avropa İttifaqı ölkəsinin lideri kimi Putinin yanına gedəcək. Bunun digər Avropa liderlərinin hansı reaksiyaya səbəb olacağını izah etməyə ehtiyacım yoxdur. Bu, yalnız vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir", - Vuçiç bildirib.

phrase_var_article.chosen
16
publika.az

1phrase_var_article.sources