Alexandro Qarnaçonun “Mançester Yunayted”dəki taleyinə aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, İngiltərə klubu hücumçunu satmağı planlaşdırır.
“Qırmızı şeytanlar” argentinalı forvardı sonradan transfer olunmaq şərtilə yanvarda icarəyə vermək niyyətindədir. Onun 60 milyon avroya satılması nəzərdə tutulub.
Qeyd edək ki, Qarnaço Avropa klubları, həmçinin Səudiyyə Ərəbistanından təkliflər alıb.
İdman.biz