Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən görüşündə Almaniya kansleri Olaf Şoltsla Polşa prezidenti Anjey Duda arasında mübahisə yaranıb.
Sfera.az bildirir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Duda Rusiyanın dondurulmuş 260 milyard avroluq aktivlərini müsadirə edib Ukraynaya kredit vermək üçün xərcləmək ideyası ilə çıxış edib. Almaniya kansleri isə buna kəskin şəkildə qarşı çıxıb.
“Siz bunun maliyyə bazarlarımızın sabitliyinə necə təsir edəcəyini başa düşmürsünüz. Siz avrodan belə istifadə etmirsiniz!”, - kansler bildirib.
Qəzetin məlumatına görə, bu ideya ABŞ və Böyük Britaniya tərəfindən irəli sürülüb, lakin Almaniya, Fransa və İtaliya buna qarşı çıxıb.
Günay
Sfera.az