Ərzurum Palandöken Xizək Mərkəzində qar uçqunu baş verib.
Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Hadisə nəticəsində 4 nəfər yaralanıb, 1 nəfər isə ölüb.
Ölən şəxsin cüdo üzrə Türkiyə millisinin 16 yaşlı üzvü Emre Yazqan olduğu vurğulanıb.
Məlumata görə, E.Yazqanın əkiz qardaşı Yunis Yazqan da hadisə zamanı xəsarət alıb.