AZ

Tovuzda qollu heç-heçə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Neftçi”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 45-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Filip Ozobiç açıb. Meydan sahiblərinin qolunu isə 54-cü dəqiqədə Aleks Souza vurub.

Bu nəticədən sonra xallarını 32-yə çatdıran Qərb təmsilçisi 3-cü, aktivinə 17-ci xalı əlavə edən Bakı klubu isə 7-ci sırada qərarlaşıb.

Günün son matçında “Səbail” “ASCO Arena”da “Zirə”ni qəbul edəcək. Saat 18:30-da start götürəcək oyunun baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. Hazırda “qartallar” 27 xalla 4-cü, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cudur.

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” və “Sumqayıt” komandaları qolsuz heç-heçəyə razılaşıblar. İlin son turuna dekabrın 22-də keçiriləcək “Şamaxı” – “Sabah” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.

Seçilən
10
msport.az

1Mənbələr