AZ

NASA-dan bu ölkə üçün kritik xəbərdarlıq

NASA qlobal istiləşmə və iqlim dəyişikliyinin İspaniya üzərindəki mənfi təsirlərini əks etdirən kritik bir hesabat yayımlayıb.

Milli.Az xəbər verir ki, hesabata əsasən, 30 il ərzində İspaniyanın bəzi bölgələri yaşayış üçün yararsız hala gələ bilər.

Hesabatda göstərilib ki, temperaturun artması yalnız səhralaşmaya deyil, həm də daşqın və leysan yağışlar səbəbindən ciddi ekoloji və sosial problemlərə yol açacaq. Bu dəyişikliklər, xüsusən də Madrid və Valensiya bölgələrində infrastruktur, kənd təsərrüfatı və əhalinin sağlamlığına dağıdıcı təsir göstərə bilər.

İqlim dəyişikliyi ilə bağlı bu xəbərdarlıq xüsusilə aşağı gəlirli qrupları hədəf alır. Çünki bu insanlar açıq havada işləməyə davam edərək, artan temperaturlardan daha çox təsirlənəcək.

NASA-nın bu hesabatı iqlim dəyişikliyinin potensial təsirlərinə dair ciddi tədbirlərin görülməsi zərurətini bir daha xatırladır.

Fidan
Milli.Az

Seçilən
9
3
milli.az

4Mənbələr