AZ

Abasov Tovuzdakı heç-heçəni belə şərh etdi

Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edən "Neftçi"nin baş məşqçisi Samir Abasov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis belə danışıb:

"Azarkeşlər sağ olsunlar. Birinci hissə rahat idi. İkinci yarıda rəqibin güclü tərəfindən istifadə etməsinə imkan verdik. Filip Ozobiçlə Boqomolskinin oyundan qopması üstünlüyün, daha dəqiq desəm, ajiotajın rəqibin tərəfinə keçməsinə səbəb oldu. İstirahətə ehtiyac var. Hazırlıq üçün 10-15 gün hazırlıq vaxtımız olacaq. 

Kofini ortaya çəkməyimizin səbəbi zədəlilərlə bağlıdır. Məşqlərdə bu variantı sınaqdan keçirmişdik.

Niyə baxımlı oynaya bilmirik. Oyunu "oturtmaq" üçün vaxt lazımdır. Hazırda bizim üçün ən vacib olan nəticədir. Hələ kimisə göndərmək qərarı verməmişik. Əlbəttə,  dəyişikliklər olmalıdır. Amma hansısa potensial yenilərlə danışmadan əlimizdə olanları da itirə bilmərik".

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr