AZ

“Lənkəran”nın baş məşqçisi: “Heyətdəki problemləri bəhanə etməyəcəm”

“Əvvəlcə, oyun üçün azarkeşlərimizdən üzr istəyirəm”.

İdman.biz xəbər verir ki, bunu "Lənkəran"nın baş məşqçisi Georgi Kondruseviç “Quba” (60:89) məğlubiyyətindən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O bildirib ki, komandası çox bərbad oyun nümaiş etdirib: “Bir çox məqamlarda mənim təlimatlarım yerinə yetirilmədi ki, bu da tablodakı nəticədə özünü göstərdi. Heyətdəki problemləri bəhanə etməyəcəm. Ötən matç gördük ki, biz bu heyətlə də mübarizə apara və fərqli basketbol nümaiş etdirə bilərik. Amma təəssüf ki, rəqib bizdən daha ağıllı və daha kompakt oynadı. Az xal toplamağımızın yalnız 1 səbəbi var. Bu gün düzgün olmayan mövqelərdən hücum etdik və səhv qərarlar verdik”.

Qeyd edək ki, “Lənkəran” VIII turdan sonra ABL-da B qrupunda 10 xalla 5-cidir.

İdman.biz

phrase_var_article.chosen
20
idman.biz

1phrase_var_article.sources