İngiltərə Premyer Liqasında 17-ci turun oyunları davam etdirilir.
QOL.az xəbər verir ki, bugünün ilk matçında “Aston Villa” “Mançester Siti”ni qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları "Aston Villa"dan D.Duran (16-cı dəq.) və M.Rodcers (65), "Mançester Siti"dən isə Foden (90+4) vurublar.
“Aston Villa” bu qələbədən sonra xalını 27-ə çatdırıb və 5-ci pilləyə yüksəlib. Xosep Qvardiolanın “Siti”si isə 6-cı yerə düşüb (26 xal). Lider “Liverpul”un 15 oyundan 36 xalı var.
Beləliklə, “Mançester Siti” bu mövsüm uğursuz çıxışını bu matçda da davam etdirib. Bu, onların son bütün turnirlərdəki son 12 oyunda 9-cu məğlubiyyəti olub. “Mançester Siti” digər 3 görüşün 2-də heç-heçə edib, yalnız 1-də qalib gəlib.