AZ

Xeyriyyə fondunun milyonlarını otellərdə xərclədi

Amerikalı reper Lil Ueyn xeyriyyə fonduna aid milyonlarla dolları şəxsi lüks ehtiyaclarına sərf edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, çətin vəziyyətə düşən musiqiçilərə dəstək məqsədilə yaradılmış fondun 9 milyon dolları geyim, şəxsi uçuşlar və lüks otellərə xərclənib.

Lil Ueyn fonddan iki qadının uçuşları və otel xərcləri üçün 14 min dollar, özəl təyyarələrlə şəxsi səfərlərinə isə tam 1,3 milyon dollar sərf edib. Həmçinin, dəbdəbəli geyim markaları olan "Balenciaga", "Rick Owens" və "Marni"dən alış-verişə yarım milyon dollar xərclədiyi məlum olub.

Bundan əlavə, onun 2021-ci ildə Yeni il çıxışı üçün ayrılan 88 min dollar dəyərində büdcə tədbirin baş tutmaması səbəbindən boşa gedib.

Digər tərəfdən, reper Kris Braun da fondun 80 min dollarını 2022-ci ildəki ad günü məclisinə, 179 min dollarını isə məşhurlar arasında təşkil olunan basketbol turnirinə sərf edib.

Bu məlumatlar ictimaiyyət tərəfindən böyük tənqidlərə səbəb olub və fondun şəffaflığı ciddi şəkildə sual altına düşüb. Hadisə ilə bağlı daha ətraflı araşdırmaların aparılacağı gözlənilir.

Milli.Az

phrase_var_article.chosen
21
milli.az

1phrase_var_article.sources