Misli Premyer Liqasının XVIII turunda "Turan Tovuz" "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev fikirlərini bölüşüb:

“İki fərqli hissə oldu. Birinci hissədə futbolçular bir qədər həyəcanlandılar. Lazım olan aqressiyanı göstərə bilmədilər. İkinci hissədə daha aktiv və aqressiv oyun oldu. İkinci hissəni götürsək oyundan razı qaldıq. Hər kəs aktiv və yaxşı oynadığına görə dəyişiklik etmədim. Zədəsi olmasına baxmayaraq sonda Milleri oyuna buraxdım. Onunla danışmışdıq ki, ehtiyac olarsa sonlarda meydana çıxa bilər”.