Yeni konstitusiya Türkiyə üçün lüks deyil, çoxdan gecikmiş bir zərurətdir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşündə deyib.
“Bu istiqamətdə atılacaq addımlar Türkiyə Yüzili hədəfinə daha tez çatmağa imkan verəcək. Parlamentin ondan gözlənilənləri yerinə yetirməsini ümid edirik və arzu edirik”, - deyə Ərdoğan bildirib.