AZ

Latviya 24 Gürcüstan vətəndaşını “persona non qrata” ELAN ETDİ

Latviya sanksiyalara məruz qalan Gürcüstan vətəndaşlarının siyahısını 24-ə çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Baiba Braze bildirib.

“İmmiqrasiya haqqında qanunun 61-ci maddəsinə uyğun olaraq daha 13 Gürcüstan vətəndaşını Latviya Respublikasının persona non qrata siyahısına daxil etmək qərarına gəldim”, - nazir qeyd edib.

Braje kimin sanksiyaya məruz qaldığını dəqiqləşdirməyib.

Qeyd edək ki, bununla da Latviya sanksiyalara məruz qalanların siyahısını genişləndirən üçüncü Baltikyanı ölkə oldu. Dekabrda Estoniya baş nazir də daxil olmaqla, 25 Gürcüstan hökumət rəsmisinə qarşı sanksiya tətbiq edib. Litva da Gürcüstan hökumətinin başçısına və Gürcüstan hökumətinin 28 nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.

Bizim.Media

phrase_var_article.chosen
14
bizim.media

1phrase_var_article.sources