Bakı. Trend:
Vanuatuda 6,2 bal gücündə zəlzələ baş verib.
Trend-inməlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzibildirib.
Məlumata əsasən, zəlzələnin episentri Port-Villa şəhərindən 27km şimal-qərbdə yerləşib. Təkanların 10 km dərinlikdə olub.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.