AZ

“Qarabağ”ın “Şah”ı onların adını eşitdi, bu cür reaksiya verdi: “Niyə çətin olsun ki?”

“Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Sportinfo.az-a müsahibə verib.

Təcrübəli qapıçısı komandasının “Şamaxı” üzərində qazandığı 1:0 hesablı qələbədən sonra sualları cavablandırıb.

- Özünü necə hiss edirsən?

- İşlər öz axarında davam edir. Məşq edir, optimal formanı yığmağa çalışıram.

- Ağır zədədən sonra fiziki və psixoloji durumun nə yerdədir?

- Dediyim kimi, öz qaydasında gedir. Ancaq tam özümə gəlməyim üçün müəyyən zamana ehtiyac var. Məşq öz yerində, ancaq əsas rolu oyunlar oynayır. Matçdan-matça daha yaxşı olacağına ümid edirəm.

- Haqq etdiyiniz qələbədir, yoxsa bəxtiniz gətirdi?

- Hardasa bəxt amili də rol oynadı. Ancaq qolu vurmaq üçün rəqibi səhv etməyə də biz məcbur etdik. Ardıcıl təzyiqlər öz bəhrəsini verdi. Halbuki, buna qədər onların da sayılmayan qolu var idi. Udmuşuqsa, deməli, haqq etmişik.

- Çempionatda 4 aylıq fasilədən sonra meydana çıxdın. Avrokubok görüşlərində əlcəkləri Koxalski ilə Buntiçdən almaq çətin olmayacaq ki?

- Nə mənada?

- “Styaua” və “Olimpiakos”la qarşılaşmalarda start heyətində yer almaq üçün.

- Niyə çətin olsun ki?

- Çünki onlar formadadır, daha çox şans qazanırlar, səmn isə indi-indi özünə gəlməyə çalışırsan.

- Bu, mənim üçün problem deyil. Çünki belə hallara öyrəşmişəm. İndiyə qədər “1 nömrə” olmaq mənə heç vaxt asan olmayıb. Hər zaman bunun üçün mübarizə aparmışam. “Qarabağ”da əvvəl də belə idi, “Adana Demirspor”da da eyni vəziyyətlə üzləşmişdim. Məşqlərimi edib, oyunlara hazırlaşacam. Kimin şans qazanacağına dair qərarı məşqçilər verəcək.

HƏBİB

phrase_var_article.chosen
20
sportinfo.az

1phrase_var_article.sources