AZ

Kapello “Milan”ın transfer siyasətini tənqid etdi

Nüfuzlu italyan mütəxəssis Fabio Kapello A Seriyasında uğursuz mövsüm keçirən “Milan”ın son transferləri ilə bağlı fikrini açıqlayıb.

Arena.az italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Məndə belə bir təəssürat yaranıb ki, bəzi transferlərdə, eləcə də bəzi satışlarda tarazlaşdırılmış futbol qiymətləndirmələri aparılmayıb. Məsələn, portuqal məşqçinin (Paulo Fonsekanı nəzərdə tutur – redaktorun qeydi) tələbləri dinlənilməyib”, deyə Kapello vurğulayıb.

“Milan”ın niderlandlı keçmiş hücumçusu Marko van Basten isə “rossoneri”yə İtaliya futbolunda zirvəyə necə qayıtmaq barədə məsləhət verib:

“Mən əminəm ki, “Milan” qələbələrə qayıdacaq. Bəlkə də komandada daha çox italyan futbolçunun olması faydalı olardı. Bəzi yaxşı futbolçular var, amma komanda onlardan istifadə etmir və buna görə milli yığma komanda əziyyət çəkir. Məsələn, İspaniyada onların istedadı daha çox qiymətləndirilir”, deyə Van Basten vurğulayıb.

“Milan”ın italyan keçmiş yarımmüdafiəçisi Massimo Ambrozini isə “rossoneri”nin keçmiş futbolçularından ibarət rəmzi komanda tərtib edib. Ambrozininin seçimi haqda qənaətini təqdim edirik:

“Mən aydınlıq gətirəcəyəm: ən çox xatirələrim olan futbolçuların adını çəkdim. Qapıda – Sebastyano Rossi, müdafiədə – Mauro Tassotti, Alessandro Kostakurta, Franko Barezi və Paolo Maldini. Yarımmüdafiədə Roberto Donadoni, Frank Raykard və Andrea Pirlonu yerləşdirdim. Klarens Zeedorfu buraxdığım üçün çox təəssüflənirəm, amma mən seçim etməli oldum. Donadoni dəli-dolu oyunçu idi.

Öndə Marko van Basten və Andrey Şevçenkonun arxasınca ilk müasir trekvartista olan Rikardo Kakanı qoymuşam. İnzaqi və Seedorf kimi oyunçuları diqqətdən kənarda qoyduğum üçün üzr istəyirəm”, deyə Ambrozini vurğulayıb.

phrase_var_article.chosen
17
arena.az

1phrase_var_article.sources