Çinin irəli sürdüyü“Bir kəmər, bir yol” müasir qlobal iqtisadiyyatda ən iddialı layihələrdəndir. Strateji layihə artıq on ildir ki dünyada iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə dəyişdirib. Layihənin məqsədi Asiya, Avropa, Afrika və digər qitələr arasında birgə inkişaf, qarşılıqlı fayda verən əməkdaşlıq prinsiplərinə əsaslanan geniş ticarət və infrastruktur əlaqələrinin şəbəkəsini yaratmaqdır.
Layihənin iqtisadiyyata təsiri olduqca böyükdür. Onun sayəsində Çin mal və xidmətləri yeni bazarlara çıxır, iştirakçı ölkələr arasında iqtisadi əlaqələr güclənir və regionda infrastrukturun inkişafına, iqtisadi artıma töhfə verir. Eyni zamanda, Çin və xarici müəssisələr arasında 97,2 milyard dollar dəyərə malik əməkdaşlıq müqavilələri beynəlxalq iqtisadi-ticari əlaqələri möhkəmləndirir.
Bu layihə qlobal infrastrukturun inkişafında da əhəmiyyətli rol oynayır. Yolların, dəmir yollarının, limanlar və digər iri infrastruktur obyektlərinin inşası nəticəsində həm iştirakçı ölkələr iqtisadi artım üçün stimul qazanır, həm də beynəlxalq əməkdaşlıq naminə yeni imkanlar yaranır. Beləliklə, “Bir kəmər, bir yol” adi layihə çərçivəsindən çıxaraq, beynəlxalq iqtisadi inkişafla yanaşı qloballaşma prosesində vacib amilə çevrilir, ölkələrarası inteqrasiyanın püxtələşməsinə təkan verir.
Qlobal iqtisadiyyatda Çinin nəqliyyat və maliyyə nüfuzunu nəzərdən qaçırmaq olmaz. Çindünyanın 100-dən çox ölkəsi ilə hava əlaqəsi yaradaraq, beynəlxalq ticarəti və səyahət imkanlarını xeyli asanlaşdırıb. Bu, yükdaşıma və sərnişindaşıma sahələrinə müsbət təsir göstərib.
Çin həmçinin ümumilikdə 249,2 milyon brutto-ton yükdaşıma həcmi ilə dünyanın ən böyük ticarət donanmalarından birinə malikdir və beynəlxalq dəniz ticarətində aparıcı mövqe tutur. Eyni zamanda, limanlarda yük dövriyyəsi, yükdaşımaların həcmi, daxili çaylarda naviqasiya məsafəsi və s. göstəricilərə görə birinci yerdədir. Bu amillər qlobal ticarətin təminatı üçün zəruridir.
Ölkənin maliyyə qurumları qlobal iqtisadiyyatda mühüm rol oynayır. 4 milyard dollar həcmində Cənub-Cənub Qlobal İnkişaf və Əməkdaşlıq Fondu kimi xüsusi fondların təsis edilməsi, habelə “Bir kəmər, bir yol”u reallaşdırmaq üçün 10 milyard dollar dəyərə malik layihələr Çinin müxtəlif ölkələrin iqtisadi inkişafına töhfəsinin bariz nümunəsidir. Bu fondlar təkcə inkişaf edən ölkələrin iqtisadiyyatını yox, onların Çinlə iqtisadi əlaqələrini də gücləndirir.
Çinin beynəlxalq maliyyə əməliyyatlarında, investisiya layihələrində fəal iştirakı da qlobal iqtisadi sistemi gücləndirmək və inkişaf etdirmək istəyindən irəli gəlir.
Çinə xarici investisiyanın artması onun dünya iqtisadiyyatında möhkəmlənən mövqeyinin göstəricisidir. Ölkədə2023-cü ildə xarici investisiya hesabına 53 min 766 müəssisə yaradılıb ki, bu, 2022-ci illə müqayisədə 39,7% çoxdur.Artım xarici investorların Çin bazarına marağından xəbər verir və beynəlxalq biznes ictimaiyyətinin ölkənin iqtisadi potensialına inamından qaynaqlanır.
Xarici investisiya həmçinin ölkədə iqtisadi müxtəlifliyə, innovativ-texnoloji inkişafa gətirib çıxarır. Kapital axını yerli şirkətləri gücləndirmək və iş imkanları yaratmaqla yanaşı Çinin müxtəlif ölkələrlə iqtisadi inteqrasiyasına müsbət təsir göstərir.
Xarici kapital qlobal iqtisadi dinamikada əhəmiyyətli yer tutan yeni texnologiyalara, idarəetmə təcrübələrinə, beynəlxalq bazarlara çıxış təmin edir. Qarşılıqlı əlaqələr nəticəsində Çinin iqtisadi inkişafı sürətləndikcə xarici şirkətlər də daha da genişlənmə üçün yeni imkanlar qazanır.
Samir Quliyev
AzVision.az
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less