AZ

Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycanın Gürcüstandakı Səfirliyinin nəzdində Dövlət Gömrük Komitəsinin Nümayəndəliyinin rəhbəri (attaşe) polkovnik Fuad Qasımov vəzifəsindən azad edilib.

Paralel.az "Qaynarinfo"ya istinala xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov polkovnik Fuad Qasımova yeni vəzifə verib.

Şahin Bağırovun müvafiq əmri ilə Fuad Qasımov komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini və rəis vəzifəsinin müvəqqəti əvəzedicisi təyin edilib.

Fuad Qasımov attaşe vəzifəsinə təyin edilməzdən əvvəl uzun müddət Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə çalışıb.

O, hazırda Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi olan general-mayor Sevda Şirinovanın adamı kimi tanınıb. Fuad Qasımov Dövlət Gömrük Komitəsi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyində də yüksək vəzifələrdə çalışıb.

Xatırladaq ki, daxili işlər nazirinin sabiq müavini polis general-leytenantı Oruc Zalovun polkovnik oğlu Rəşad Zalov bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

phrase_var_article.chosen
3
25
paralel.az

10phrase_var_article.sources