AZ

Bölgə klubunda açıq mesaj - Bizə burada yer yoxdur!

"Kəpəz"in mövsümün əvvəli ardıcıl aldığı 5 məğlubiyyətdən sonra baş məşqçi postuna Azər Bağırov gəldi.

Təcrübəli mütəxəssis kluba ayağını qoyduğu gündən bir neçə yararsız legionerlə yolları ayırdı.

Markolino Kevertonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildi.

Redon Mihana bu gün də əvəzedici komandada məşq edir.

Bağırov belə legionerdənsə, məhdud heyətlə davam etməyə razıdır.

Təmizləmə əməliyyatından sonra xallar da gəlməyə başladı.

Qərb təmsilçisi sonrakı 12 matçda 11 xal topladı.

Xüsusilə sonuncu pillədən qurtulmaq mümkün oldu.

Amma daha çox xal yığmaq olardı.

Əgər Braqa, Kərim Lkouça kimi yararsız əcnəbilər heyətdə yer almasaydı.

Məsələn, "kimyaçılar"la son matçda təkcə Braqa ən azı 3 real qol fürsətini boşa xərclədi.

Əks halda, növbəti 3 xalla vəziyyəti bir xeyli yaxşılaşdırmaq olardı.

Hər işdə bir xeyir var deyiblər.

Məncə, qış fasiləsi öncəsi qeydə alınan bərabərliyin, Braqanın qaçırdığı, Kərimin məhv etdiyi hücumlar birbaşa 40 yaşlı çalışdırıcıya ünvanan açıq mesajdır - bizə burada yer yoxdur.

Bəli, hər biri ilə ən azı yaya qədər qüvvədə olan müqaviləsi ayrılıq istəyinə ciddi mane ola bilər.

Lakin rəhbərlik qışdan sonra uğurlu olmaq istəyirsə, bir yolunu tapıb bu ikilini də Redon Mihananın yanına qoşub ölkədən yola salmalıdır.

Ki, baş məşqçi də onlara xərclənən pullara arzuladığı olmasa da, heç olmasa normal bir heyət formalaşdıra bilsin.

XANOĞLAN/ SPORTİNFO.AZ

phrase_var_article.chosen
18
sportinfo.az

1phrase_var_article.sources